Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2020 10:44
Bakı. Samir Əli - Trend:
Bakı-Quba-Rusiya sərhədi avtomobil yoluna alternativ çəkilən M1 magistral yolunun 100 kilometrlik hissəsinin tikintisi yekunlaşmaq üzrədir.
Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, artıq adıçəkilən yolda tamamlanma işləri aparılır:
"Rusiya sərhədinə qədər yeni inşa edilən avtomagistralın 100 kilometrə yaxın hissəsinin tikintisi bitmək üzrədir".
Xatırladaq ki, Bakı-Quba-Rusiya sərhədi avtomobil yoluna alternativ çəkilən yol ödənişli olacaq.