Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''2 ay sonra uşaqlarımıza qovuşduq'' - FOTO

''2 ay sonra uşaqlarımıza qovuşduq'' - FOTO

Tarix: 12 May 2020 20:26

"Valensiya"nın müdafiəçisi Esekel Qaray və həyat yoldaşı Tamara Qoro 2 aydan sonra ilk dəfə övladları ilə görüşüb.

Sonxeber.net sportal.az-a istinadən xəbər verir ki, onlar martın ortalarında övladlarını Madriddə yaşayan valideynlərinin yanına göndərmişdi. Bundan bir neçə gün sonra isə cütlük COVID-19-a yoluxmuşdu.

Onlar infeksiyadan qurtulsa da, İspaniyada səyahət məhdudiyyətinə görə uşaqlarını görə bilmirdi.

"Nəhayət, uşaqlarımızı 2 aydan sonra gördük. Videonun keyfiyyəti aşağıdır, anam çəkdi. Ancaq o qədər dəyərlidir ki, sizinlə paylaşıram. Hisslərimi sözlə ifadə edə bilmirəm. Uşaqlarımı yenidən qucaqlamaq hissi...", - Qarayın xanımı Qorro bu gün yenidən övladlarına qovuşmaları barədə "Instagram"da qeyd edib.


Etiketlər:  sonra uşaqlarımıza qovuşduq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ