Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfqanıstanda iki silahlı hücum nəticəsində 40 nəfər insan həlak olub

Əfqanıstanda iki silahlı hücum nəticəsində 40 nəfər insan həlak olub

Tarix: 13 May 2020 01:28

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə yaraqlıların doğum evinə hücumu və şərqdə yerləşən Nangahar əyalətində hökumət rəsmilərinin və parlament üzvünün qatıldığı dəfn mərasimində intiharçı tərəfindən törədilən partlayışda ən az 40 nəfər həlak olub.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, hücuma məruz qalan doğum evi “Sərhədsiz həkimlər” beynəlxalq təşkilatına məxsusdur. Bildirilir ki, tibb məntəqəsinə basqın zamanı aralarında iki azyaşlı olmaqla 16 nəfər, Nangahardakı partlayış zamanı isə 24 nəfər həlak olub.

“Taliban” radikal təşkilatı bu hücumla əlaqələrinin olmadığını bildirib. Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.


Etiketlər:  Əfqanıstanda silahlı hücum nəticəsində nəfər insan həlak olub


RƏYLƏR