Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngilis oyunçu millimizin futbolçusundan danışdı

İngilis oyunçu millimizin futbolçusundan danışdı

Tarix: 14 May 2020 11:52

İngiltərənin "Harroqeyt Taun" klubunun futbolçusu Cek  Maldun U-19 millimizin üzvü Serhat Taşdemir haqda danışıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ingilis hücumçu bundan əvvəl oynadığı ən yaxşı 3 oyunçudan bəhs edərkən yığmamızın üzvünü də fərqləndirib:

"Birlikdə oynadığım ən yaxşılardan biri də Serhat Taşdemirdir. O,zərbaycanın gənclər komandasının oyunçusudur, hazırda "Piterboro Yunayted" klubunda oynayır. Serhatın peşəkar bir futbolçu kimi necə inkişaf etdiyini görmək çox maraqlıdır. Prinsipcə, həmişə oynadığım gənc futbolçuların karyeralarının nə qədər inkişaf edə biləcəyi məni maraqlandırır".

Qeyd edək ki, C.Maldun S.Taşdemirlə 2017-2018-ci illərdə İngiltərənin "Fayld" klubunda birgə oynayıb.

 


Etiketlər:  İngilis oyunçu millimizin futbolçusundan danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ