Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maradona, Messi və Ronaldo birlikdə oynaya bilərdilərmi? - Simeonedən açıqlama

Maradona, Messi və Ronaldo birlikdə oynaya bilərdilərmi? - Simeonedən açıqlama

Tarix: 14 May 2020 13:38

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Dieqo Maradona, Lionel Messi və Kriştiano Ronaldonun birlikdə oynamaqlarının mümkün olub-olmamasından danışıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Messi və Maradona fərqlidirlər. Birincisi, qol vuran maşındır. Son illərdə Messiyə görə daim əziyyət çəkirəm.

Maradona isə Argentina futbolunun simasıdır. Bu gün Messi daha da yetkinləşib. Onlar nirlikdə oynaya bilərdilər. Ancaq Kriştiano Ronaldonu bura əlavə etmək hər şeyi çətinləşdirir. Bu vəziyyətdə, çuxurlar meydana gələcək".

 


Etiketlər:  Maradona Messi Ronaldo birlikdə oynaya bilərdilərmi Simeonedən açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ