Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclisin komitəsi koronavirusla bağlı regionlarda məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə edəcək

Milli Məclisin komitəsi koronavirusla bağlı regionlarda məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə edəcək

Tarix: 14 May 2020 13:16

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin növbəti onlayn iclası keçiriləcək.

Sonxeber.net xəbər verir ki, Milli Məclisdən Trend-ə verlən məlumata görə, iclasda "İstehsalat və məişət tullantıları haqqında", "Heyvanlar aləmi haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" və "Bələdiyyələrin su təsərrüfatı haqqında" qanunlara dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi nəzərdə tutulub.

Onlayn iclasda Regional məsələlər komitəsinin növbəti dövr üçün fəaliyyəti, koronavirus infeksiyası ilə əlaqədar respublikamızın regionlarında fəaliyyət məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələr və həyata keçirilən sosial tədbirlər barədə fikir mübadiləsi aparılacaq.


Etiketlər:  Milli Məclisin komitəsi koronavirusla bağlı regionlarda məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ