Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 17:48
Bakı. Trend:
Onlayn ödənişlər sahəsində rəqabətin güclü olduğu dövrdə Goldenpay/Hesab.az rəqiblərindən ciddi şəkildə fərqlənməyi həmişə bacarmışdır. Yeni loyallıq proqramı olan “Qazananlar Klubu”nu təqdim edən Hesab.az, bu dəfəki kampaniyada istifadəçilərə Hesab Koin qazanmaq imkanını yaratdı.
Aprel ayının 1-dən etibarən Hesab.az və Visa-nın birgə əməkdaşlığı ilə iki hissəli layihə baş tutdu. Beləki, 1 apreldə başlayan ilkin mərhələdə Visa kartı ilə Hesab.az-da ödəniş edən 3000 istifadəçi hədiyyə ilə mukafatlandırıldı. May ayının 1-dən başlayan ikinci mərhələdə isə Visa kartı ilə Hesab.az-da bir dəfəyə 30 AZN və yuxarı ödəniş edən ilk 1500 istifadəçi Hesab Koin qazandılar. Əldə edilmiş bu Hesab Koinlərlə istifadəçilər növbəti ödənişlərində istifadə edə biləcəklər.
Kampaniyadan yararlanmaq üçün Visa kartı olmayan istifadəçilər üçün də Hesab.az-da imkan yaradıldı. İstifadəçilər Visa kartı əldə etmək məqsədilə Hesab.az-da onlayn müraciət etdilər. Təqdim edilən Visa kartı pulsuz əldə edən istifadəçilər də kampaniyaya qoşuldular.
Əlavə olaraq qeyd etmək istərdik ki, “Qazananlar Klubu”da Hesab.az istifadəçiləri seçimdən asılı olaraq ödənişlərdən sonra bonus və ya Hesab Koin əldə edə bilirlər. Bu da, istifadəçilərin Hesab.az-ı seçməklərinə bir səbəb olur və onlayn ödənişlərin stimullaşmasına kömək edir.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.