Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2020 18:46
UEFA dayandırılan milli çempionatların taleyi və və yeni mövsümün başlanması ilə bağlı assosiasiyaların qarşısına qoyduğu tələbləri yumşaldıb.
Qol.az xəbər verir ki, bunu qurumdan "Sport-Ekspress"ə açıqlamada bildiriblər.
Artıq UEFA milli federasiyalardan çempionatların bərpası və 2020/2021 mövsümünün başlanğıc tarixləri barədə mayın 25-dək hesabat vermələrini tələb etməyəcək.
UEFA rəhbərliyinin bəzi ölkələrin mövcud vəziyyətlə bağlı müxtəlif məhdudiyyətlərə görə detallı plan hazırlaya bilməyəcəyini anladığı bildirilib.
Qeyd edək ki, UEFA-nın son iclasında yerli assosiasiyalar ölkədəki vəziyyət əlverişli olmadığı halda ən geci 25 mayadək yarışların gələcək taleyi barədə Avropa Peşəkar Futbol Liqası və UEFA-ya məlumat verməli oluqları bildirilmişdi.