Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zibil qutularına atdığımız TƏHLÜKƏ - NƏ ETMƏLİYİK? - FOTO

Zibil qutularına atdığımız TƏHLÜKƏ - NƏ ETMƏLİYİK? - FOTO

Tarix: 15 May 2020 10:34

İstifadə edildikdən sonra küçədə zibil qutularına atılmış tibbi maska koronavirusa yoluxma riskini artırır?

Sonxeber.net xəbər verir ki, bu suala İSİM-in Səhiyyə Siyasəti və Planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov cavab verib:

"Əslində istifadə edilmiş tibbi maskaları atmaq üçün xüsusi qutulara ehtiyac yoxdur. Yalnız tibb müəssələrində əməliyyatlarda, xəstələrin müalicəsi zamanı istifadə olunan və tibb müəssisələrində toplanan həmin ləvazimatlar, o cümlədən maskalar tibbi tullantılar gedir və tamamiilə fərqli qaydada utilizasiya olunmalıdır. Çünki onların üzərində qan da ola bilər, digər bioloji mayelər də ola bilər və s. Amma insanların normal həyatda gündəlik fəaliyyətlərində istifadə etdiyi maskalar sadəcə olaraq zibil qutularına tullanmalıdır və mümkündürsə xüsusi bir paketə qoyulub sonra zibil qutusuna atıla bilər". 

Doktor yaylıq və şərfin tibbi maskanı əvəz edib etmədiyi ilə bağlı suallara da aydınlıq gətirirb:

"Ən ideal variant üç qatlı olan tibbi maskalardır. Amma kim istəsə əlbəttə ki, FFB2 maskalarından istifadə edə bilər. Lakin adi tibbi maska kifayətdir. Kim evdə özü parçadan maska düzəldərsə və onu daimi taxarsa, evə qayıtdıqda günün sonunda dezinfeksiya etməlidir. Amma əvvəlki vaxtlarda daimi istifadəni nəinki biz, hətta bütün dünya maska qıtlığına görə müvəqqəti çıxış yolu kimi tövsiyə edirdik. Amma indi iki müəssisə fəaliyyət göstərir, maskalar boldir".

Təhməz Təkin


Etiketlər:  Zibil qutularına atdığımız TƏHLÜKƏ ETMƏLİYİK FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ