Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2020 14:40
"Qarabağ"ın mövsümün əvvəlində heyətinə qatmaq istədiyi qapıçı Markos Dias Argentinanın "Boka Xuniors" klubundan ayrılır.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, argentinalı qolkiperin iyunun sonunda başa çatan müqaviləsi yenilənməyəcək.
Diasla İspaniya La Liqa təmsilçisi "Leqanes"in maraqlandığı iddia olunub.
Qeyd edək ki, "Qarabağ" 2019-cu ilin yayında Markos Diasla danışıq aparıb, ancaq 34 yaşlı qapıçı Ağdam klubunun təklifini qəbul etməyib.