Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkan Vəlizadə: ''Bizim pərəstişkarlarımız elə kasıb təbəqədəndir''

Türkan Vəlizadə: ''Bizim pərəstişkarlarımız elə kasıb təbəqədəndir''

Tarix: 15 May 2020 15:00

''Əvvəllər evlilik təklifini qohumlarımdan, yaxın ətrafımdan alırdımsa, indi sevənim çoxdur''.

Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, bu sözləri müğənni Türkan Vəlizadə "lent.az"ın canlı efirində deyib.

''Mən ailə həyatı qurmaq istəyərəm. Buna görə ailədən kənar münasibətimin olmasını istəmərəm. Doğrudur, ailədən kənar şəxsi münasibəti olan insanlar var ancaq bu mənə xas olan bir xarakter deyil. Mənim heç vaxt sponsorum olmayıb. Çünki mən gələn təklifləri qəbul etməmişəm. Elə vaxtlar olub ki, on manata da gedib oxumuşam. Restoranlarda 10-20 manata həm oxuyub, həm də aparıcılıq edirdim. Mənim elə günüm olub ki, ev kirayəmi belə ödəyə bilməmişəm''.

Daha sonra o müğənnilərin həmkarları ilə və ya kasıb şəxslərlə ailə qurmaqlarına münasibət bildirib.

''Müğənni öz həmkarı ilə qısqanclığa görə evlənmək istəmir. Çünki hərəsinin öz pərəstişkarları var. Kasıb biri ilə ailə həyatı qurmağına qalanda isə mən elə biri ilə ailə quraram. Kasıblıq görmüşəmsə, halal zəhmətimlə pul qazanmışamsa, həmin bəyi də qəbul edərəm. Bizim pərəstişkarlarımız elə kasıb təbəqədəndir. Elə mən kasımın qadasın alaram''.


Etiketlər:  Türkan Vəlizadə Bizim pərəstişkarlarımız elə kasıb təbəqədəndir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ