Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda daha 101 nəfər koronavirusa yoluxdu, 53 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Azərbaycanda daha 101 nəfər koronavirusa yoluxdu, 53 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Tarix: 15 May 2020 17:06

Bakı. Trend:

Azərbaycan Respublikasında 101 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 53 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, xronik böyrək çatışmazlığı, xronik pielonefrit və arterial hipertoniya xəstəliyi olan 1977-ci il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 2980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1886 nəfər müalicə olunaraq sağalmış, 36 nəfər vəfat etmiş, 1058 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 37 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 220.363 test aparılmışdır.


Etiketlər:  Azərbaycanda daha nəfər koronavirusa yoluxdu nəfər sağaldı nəfər vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ