Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belçika çempionatı vaxtından əvvəl yekunlaşıb

Belçika çempionatı vaxtından əvvəl yekunlaşıb

Tarix: 16 May 2020 07:36

Belçika Futbol Liqasının Baş Assambleyası 2019/20 mövsümünün milli çempionatının vaxtından əvvəl başa çatmasını təsdiqləyib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Liqanın mətbuat xidməti xəbər verib.

Ölkə çempionatı koronavirus pandemiyası səbəbindən 29 turdan sonra dayandırılıb. Belçikada idman yarışlarının keçirilməsinə iyulun 31-dək qadağa qoyulduğuna görə, futbol çempionatını vaxtından əvvəl bitirmək və çempionatın təxirə salındığı dövrə nəticələrin təsdiqlənməsi qərara alınıb.

Çempion titulunu tarixində 16-cı dəfə 70 xalla "Brügge" qazanıb. 55 xala malik "Gent" ikinci, 54 xalı olan "Şarlerua" üçüncü yerləri tutublar.

Xatırladaq ki, Belçika çempionatı Avropada koronavirus səbəbiylə vaxtından əvvəl tamamlanan üçüncü turnir olub. Daha əvvəl Fransa və Hollandiya çempionatları başa çatıb.


Etiketlər:  Belçika çempionatı vaxtından əvvəl yekunlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ