Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Borussiya'' ''Şalke''ni məğlub edib

''Borussiya'' ''Şalke''ni məğlub edib

Tarix: 16 May 2020 21:02

Almaniya Futbol Çempionatının 26-cı turunda Dortmund "Borussiya"sı "Şalke"ni 4:0 hesabı ilə məğlub edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, tur koronavirus pandemiyasının səbəb olduğu iki aylıq fasilədən sonra ilk olub.

Liqada ilk qolun müəllifi 29-cu dəqiqədə fərqlənən norveçli "Borussiya"nın hücumçusu Erlinq Holand oldu. Həmçinin qolları Rafael Qerreyra (45, 63) və Torqan Azar (48) vurublar.

Almaniya çempionatı koronavirus pandemiyası dövründə yenidən başlayan beş aparıcı Avropa çempionatından birincisi idi, bütün matçlar tamaşaçısız və arena ərazisində 322 nəfərdən artıq olmamaq məhdudiyyəti ilə keçirilib.


Etiketlər:  Borussiya Şalkeni məğlub edib


RƏYLƏR