Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda məcburi köçkünün mənzili qarət edilib

Bakıda məcburi köçkünün mənzili qarət edilib

Tarix: 19 May 2020 09:33

Bakı. Samir Əli - Trend:

Bakıda mənzildən məişət əşyaları oğurlanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayon Ramana qəsəbəsi ərazisində məcburi köçkünlərin məskunlaşdığı Şuşa şəhərciyində baş verib. Naməlum şəxslər həmin şəhərciyin sakini İlqar Babayevə məxsus mənzilə daxil olaraq oradan dəyəri 1 600 manat olan televizor, məişət əşyaları və 3 qol saatı oğurlayıblar.

Sabunçu 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1986-cı il təvəllüdlü Sərdar Qəzənov və 1989-cu il təvəllüdlü Hikmət Qurbanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Bakıda məcburi köçkünün mənzili qarət edilib


RƏYLƏR