Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bazar Store"də liftin şaxtasına yıxılan qızın ölümü ilə bağlı cinayət işi başlandı

Tarix: 19 May 2020 10:27

Bakı. Samir Əli - Trend:

Gəncə şəhərində fəaliyyət götərən "Bazar Store" ticarət mərkəzinin liftinin şaxtasına yıxılan qız dünyasını dəyişib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumatda bildirilir ki, mayın 10-da 1997-ci il təvəllüdlü Əliyeva Arzu Mübariz qızının satıcı işlədiyi Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən ərzaq mağazasında liftin şaxtasına yıxılaraq xəsarətlər alması, mayın 18-də isə müalicə aldığı xəstəxanada vəfat etməsi faktına görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Etiketlər:  Bazar Storedə liftin şaxtasına yıxılan qızın ölümü ilə bağlı cinayət işi başlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ