Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Gömrük Hospitalında müayinə cavablarını online almaq mümkündür!

Mərkəzi Gömrük Hospitalında müayinə cavablarını online almaq mümkündür!

Tarix: 20 May 2020 09:27

Bakı. Trend:

Koronavirus pandemiyası dövründə Mərkəzi Gömrük Hospitalı pasiyentlərin rahatlığı üçün daha bir yeniliyə imza atıb. Hospitalda laborator və radioloji müayinələrdən keçən pasiyentlər laborator analizlərin nəticələrini və MRT, KT müayinə cavablarını evdən çıxmadan, çox rahat surətdə və vaxtlarına qənaət etməklə, artıq hospitalın veb-səhifəsindən online rejimində əldə edə bilirlər.

Bunun üçün Mərkəzi Gömrük Hospitalının https://customshospital.az veb-səhifəsinə daxil olub Online Şəxsi Kabineti bölməsində L kart nömrəsinin yazılması kifayətdir. L kart nömrəsi isə Hospitala müraciət edən bütün pasiyentlərə qeydiyyat zamanı təqdim edilir.

Bununla da Hospitalın hər bir pasiyenti öz Online Şəxsi Kabinetində son və ondan əvvəlki dövrlərdə keçdiyi müayinə nəticələrini görə bilər. Online Şəxsi Kabinetində olan bu məlumatların məxfiliyi tam qorunur. Ətraflı məlumat üçün: (012) 404-08-08.


Etiketlər:  Mərkəzi Gömrük Hospitalında müayinə cavablarını online almaq mümkündür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ