Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki bacı Röyaya görə “düşmən” oldu

İki bacı Röyaya görə “düşmən” oldu

Tarix: 21 May 2020 13:20

Bir müddət öncə Xalq artisti Röya Ayxanla müğənni Natavan Həbibi arasında gedən imic qalmaqalına Səidə Sultan da qoşulmuşdu.

Sonxeber.net big.az-a istinadən xəbər verir ki, Səidə Sultanın Natavan Həbibini dəstəkləməsi onunla bacısı Pərvanə arasında soyuq münasibətin yaranmasına səbəb olub. Belə ki, Pərvanə bacısını hətta İnstaqram hesabından da silib. İddilara görə, Pərvanənin həyat yoldaşı, aparıcı Nəsib Nurun R.Ayxanla dostluq etməsi və Səidə Sultanın Röyaya qarşı çıxması onların münasibətlərini pozub.

Xatırladaq ki, Səidə İnstaqram-ında köhnə fotosessiyasından bir görüntü yayımlamışdı. O, paylaşımına "Röyanın İnstaqram-da xəbər səhifələrindən sildirdiyi şəkili istədim öz səhifəmdə paylaşım. Sizcə, düz eləmişəm? Şərhi sizə buraxıram. Bu şəkli mən 2019-cu il 17 iyunda çəkdirmişəm. Ünvanlıdır. Niyə inciyirsiniz ki? Fakt göz önündədir" sözlərini yazmışdı.


Etiketlər:  İki bacı Röyaya görə düşmən oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ