Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 14:03
Bakı. İlhamə İsabalayeva - Trend:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi körpünün üzərindən özünü ataraq intihar etmək istəyən qızla bağlı araşdırmalar aparmağa başlayıb.
Komitədən Trend-ə verilən məlumata görə, kütləvi informasiya vasitələrində körpünün üzərindən özünü ataraq intihar etmək istəyən qızla bağlı informasiya və videomaterial yayılıb:
"Məsələ ilə əlaqədar bildirmək istəyirik ki, hadisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb və səlahiyyət daxilində məsələnin araşdırılması istiqamətində iş aparılır".