Tarix: 21 May 2020 18:42
Niderland millisinin sabiq üzvü, “Feyenoord”un keçmiş baş məşqçisi Yap Stamın yeni iş yeri müəyyənləşib.Qol.az “De Telegraph”a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis ABŞ-da çalışacaq. O, MLS liqasında çıxış edən “Cincinnati” ilə anlaşıb. “Feyenoord”da köməkçisi olan Said Bakkatinin də Stamla birgə çalışacağı bildirilib.
Qeyd edək ki, Yap Stam “Feyenoord”dab başqa, İngiltərənin “Ridinq” və Niderlandın “Zvolle” klublarını da çalışdırıb.