Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Afrika ətrafında yeni sualtı kabel xətti çəkiləcək

Afrika ətrafında yeni sualtı kabel xətti çəkiləcək

Tarix: 21 May 2020 21:16

"Facebook" şirkəti Afrika ətrafında böyük buraxılış qabiliyyətinə malik sualtı kabel xətti çəkəcək. Layihənin məqsədi qitənin 1,3 milyarddan çox əhalisinin internetə çıxış imkanını sadələşdirməkdən ibarətdir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "2Africa" adlı layihənin həyata keçirilməsi üçün sosial media sektoru nəhəngi Çinin "China Mobile", Cənubi Afrika Respublikasının "MTN", Fransanın "Orange", Böyük Britaniyanın "Vodafone" şirkətləri, eləcə də bir sıra yerli şəbəkə operatorları ilə tərəfdaşlıq haqqında saziş imzalayıb.

Sualtı kabelin çəkilməsinin podratçısı qismində "Nokia"ya məxsus "Alcatel Submarine Networks" inteqrator şirkəti çıxış edəcək.

Məlumata görə, ümumi uzunluğu 37 min km təşkil edəcək "2Africa" layihəsi dünyada irimiqyaslı sualtı kabel sistemlərindən biri olmaqla Avropa, Yaxın Şərq və 16 Afrika ölkəsinin 21 yerüstü rabitə qovşağını birləşdirəcək.

"2Africa" kabel şəbəkəsinin qurulması zamanı "ASN" şirkəti tərəfindən hazırlanan və əvvəlki texnologiyaların dəstəklədiyi 8 cüt lif əvəzinə, 16 cütü birləşdirməyə imkan verən yeni "SDM" texnologiyasından istifadə ediləcək.

Sistemin 2023-2024-cü illərdə istifadəyə verilməsi nəzərdə tutulur. Onun 180 Tbit/saniyəyə bərabər layihə tutumu hazırda Afrikaya xidmət göstərən bütün sualtı kabellərin ümumi tutumunu üstələyəcək.

Kanalın buraxılış qabiliyyətinin çevik idarəetməsinin təmin edilməsi üçün sistemdə optik kommutasiya texnologiyası tətbiq ediləcək.

Kabelin çəkilmə dərinliyi əvvəlki sistemlərlə müqayisədə 50 faiz artırılıb, çəkilmə marşrutu isə elə layihələndirilib ki, sistemin etibarlılığının yüksəldilməsi məqsədilə "problemli" akvatoriyalardan yan keçmək mümkün olsun.

Milli.Az


Etiketlər:  Afrika ətrafında yeni sualtı kabel xətti çəkiləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ