Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 07:51
Türkiyənin Akdeniz Universiteti professoru Nevzat Yalçın koronavirusun dənizdən insana keçmədiyini bildirib, hovuzlarla bağlı isə xəbərdarlıq edib.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, professor dənizdən çıxdıqdan dərhal sonra qurulanıb maska taxmağın yararlı ola biləcəyini deyib. O, durğun su hövzələrinin dənizdən daha təhlükəli olduğunu ifadə edib:
"Xəstə və yaxud virus daşıyıcısı şəxs eyni zamanda hovuza giribsə, hovuz suyunu udsaq risk ola bilər. Dəniz suyu təhlükəsizdir, lakin hovuz suyu üçün eyni şeyi demək olmaz. Çay kimi axan su hövzələrində risk ola biləcəyini düşünmürəm. Əsasən durğun su hövzələrində təhlükə ola bilər".