Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya dövründə Azərbaycanda rabitə xidmətləri sahəsində gəlirlər artıb

Pandemiya dövründə Azərbaycanda rabitə xidmətləri sahəsində gəlirlər artıb

Tarix: 22 May 2020 12:52

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda koronavirusla bağlı tətbiq edilən xüsusi karantin rejimində informasiya və rabitə xidmətlərinə tələbat artıb.

Trend-in məlumatına görə, xüsusi karantin rejimi dövründə informasiya və rabitə xidmətləri sahəsinin fəaliyyətinə məhdudiyyət qoyulmadığından bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 8,4 faiz artaraq 690,2 milyon manat təşkil edib ki, onun da 71,8 faizi əhali tərəfindən istehlak olunub.

Bu sahədə əldə edilmiş gəlirin 79,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 43,0 faizi və ya 296,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.


Etiketlər:  Pandemiya dövründə Azərbaycanda rabitə xidmətləri sahəsində gəlirlər artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ