Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pep Qvardiolanın ən uğursuz transferlərinin siyahısı açıqlanıb

Pep Qvardiolanın ən uğursuz transferlərinin siyahısı açıqlanıb

Tarix: 22 May 2020 16:36

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın karyerası ərzində reallaşdırdığı ən uğursuz transferlər müəyyənləşib.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, ilk "10-luq" kimi sıralanan siyahıya Zlatan İbrahimoviç başçılıq edir.

İsveçli forvard 2009-cu ildə "İnter"dən "Barselona"ya transfer olunub. İlk "üçlük"dəki digər oyunçular MDB məkanından olan Aleksandr Qleb və Dmitri Çiqrinskidir.

1. Zlatan İbrahimoviç ("İnter"dən "Barselona"ya - 2009-cu il) - 62,5 milyon funt-sterlinq
2. Aleksandr Qleb ("Arsenal"dan "Barselona"ya - 2008) - 15,3 milyon
3. Dmitri Çiqrinski ("Şaxtyor"dan "Barselona"ya - 2009) - 22,5 milyon
4. Klaudio Bravo ("Barselona"dan "Mançester Siti"yə - 2016) - 16,2 milyon
5. Nolito ("Selta"dan "Mançester Siti"yə - 2016) - 16,2 milyon
6. Keyrrison ("Palmeyras"dan "Barselona"ya - 2009) - 12,6 milyon
7. Martin Kaseres ("Vilyarreal"dan "Barselona"ya - 2008) - 14,8 milyon
8. Con Stounz ("Everton"dan "Mançester Siti"yə - 2016) - 50 milyon
9. Yan Kirxhoff ("Mayns"dan "Bavariya"ya - 2013) - azad agent
10. Danilo ("Real"dan "Mançester Siti"yə - 2017) - 26,5 milyon

Qeyd edək ki, 2008-2012-ci illərdə "Barselona", 2013-2016-cı illərdə "Bavariya"ya başçılıq etmiş Pep Qvariola 2016-cı ildən "Mançester Siti"nin sükanı arxasındadır.

Milli.Az


Etiketlər:  Qvardiolanın uğursuz transferlərinin siyahısı açıqlanıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ