Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“iPhone” üçün koronavirus dövründə işi asanlaşdıracaq sistem yeniləməsi buraxılıb

“iPhone” üçün koronavirus dövründə işi asanlaşdıracaq sistem yeniləməsi buraxılıb

Tarix: 23 May 2020 08:44

"Apple" şirkəti "iPhone" smartfonları üçün koronavirus şəraitində bir neçə funksiyanın işini sadələşdirəcək sistem yeniləməsi təqdim edib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki,  "iOS 13.5" əməliyyat sisteminin versiyasını artıq yükləmək mümkündür.

Hazırda "Face ID" sifətin tanınması texnologiyası istifadəçini əksər ölkələrin ictimai yerlərində tələb olunan maskanın taxılması zamanı onu tanıya bilmir. Lakin bloklanmış ekranda yuxarıya çırpmaq jesti edilən zaman dərhal parolun daxil edilməsi üçün ekran görünəcək. Əvvəllər bu ekranı gözləmək üçün daha çox vaxt tələb olunub.

Bundan başqa, əməliyyat sisteminə istifadəçinin kontaktlarının izlənilməsi əsasında onun koronavirusla mümkün kontaktını göstərən mobil əlavələrdən istifadə üçün texnologiyalar daxildir.

Həmçinin şirkət tərəfindən "FaceTime" videoçatı bir neçə həmsöhbət üçün təkmilləşdirilib.


Etiketlər:  iPhone üçün koronavirus dövründə işi asanlaşdıracaq sistem yeniləməsi buraxılıb


RƏYLƏR