Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 17:57
Bakı. Trend:
Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) rəhbərliyi İmişli sakinlərinin Ramazan bayramını təbrik edib.
Partiyadan Trend-ə verilən məlumata görə, Azərbaycan Sosial Rifah Partiyası hər il Ramazan bayramında İmişli əhalisini iftar süfrəsi başına toplayır.
Bu il Covid-19 pandemiyası ilə əlaqədar mövcud karantina səbəbiylə kütləvi halda iftar süfrələrinin təşkil edilməsi qadağan edilsə də, ASRP ənənəyə sadiq qalaraq, yenə də İmişli əhalisi ilə görüşüb, onların bayramını təbrik edib.
200-ə yaxın sakinin bayram əti ilə təmin olunmasına müvəffəq olan partiya, şəhid ailələrini də, diqqətdən kənar qoymayıb. Bir çox şəhid ailələrini şəxsən ziyarət edən ASRP-nin Birinci müavini Əsli Kazımova, hər bir ailənin Ramazan bayramını təbrik edərək, onları bayram sovqatları ilə sevindirib.