Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 18:36
"Yuventus"un hücumçusu Kriştianu Ronaldu Federiko Kyezanı komandada görmək istəyir.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki,bu barədə İtaliya mətbuatı məlumat yayıb. Ronaldunun "Fiorentina"nın yarımmüdafiəçisini "qoca sinyora"da görmək istədiyi və bununla bağlı klub rəhbərliyi ilə danışdığı bildirilir. Lakin komandanın baş məşqçisi Mauritsio Sarri Kyezanın transferinə qarşıdır və pulun digər transferlərə xərclənməsini istəyir.
Fiorentina 22 yaşlı futbolçunun transferindən 60 milyon avro qazanmağı hədəfləyir.
Kyezanın "Fiorentina" ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.