Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 21:16
Almaniya Federal Məlumatları Qoruma Mərkəzinin komissarı Ulrich Kelber rəsmi şəxsləri təhlükəsizlik məsələlərindən dolayı Whatsapp istifadə etməməyə səsləyib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Ulrich Kelber bu barədə bir sıra dövlət qurumlarına məktub göndərib.
Məktubda hər mesaj göndərirlərkən Whatsapp-ın xeyli fərdi məlumat ələ keçirdiyi və bu məlumatları Feysbuka göndərdiyi qeyd olunub.
Whatsapp-ın mövzuya rəsmi açıqlamasında isə məlumat təkzib edilib. Şirkət rəsmiləri mesajların başdan-ayağa şifrələndiyini, onları yalnız mesajlaşan tərəflərin gördüyünü vurğulayıblar.