Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2020 17:32
"Barselona" maliyyə problemləri səbəbindən bir neçə futbolçusu ilə yolları ayırmağı planlaşdırır. Lakin komanda üzvləri fərqli düşünürlər.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, "qara siyahı"da adları olan oyunçular - Arturo Vidal, Artur, İvan Rakitiç, Samuel Umtiti və Netu komandadan ayrılmaq niyyətində deyillər.
Katalon klubu "maaş yükü"nü azaltmaq üçün Lionel Messi istisna olmaqla, digər futbolçulara görə gələcək təklifləri dəyərləndirməyə hazırdı.