Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandan Azərbaycana daxili orqanlarında psixotrop maddə keçirməyə cəhd edən iki qadın saxlanılıb

İrandan Azərbaycana daxili orqanlarında psixotrop maddə keçirməyə cəhd edən iki qadın saxlanılıb

Tarix: 10 Iyun 2019 11:57

Bakı. Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn həmin ölkə vətəndaşları - Shirmohammadi Kargar Nasrin Saleh qızı və Shirmohammadi Kargar Manizeh Saleh qızı Astara gömrük postunda saxlanılıb və onlara məxsus əl yükünə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bu zaman onlara məxsus əl çantasındakı geyim əşyalarının arasında sellofona bükülü 1 ədəd bağlama aşkar edilib. Daha sonra hər iki şəxsin daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Nəticədə hər iki xanım vətəndaşın daxili orqanlarından daha 3 ədəd bağlama aşkarlanıb. Ümumilikdə 4 ədəd bağlamada, çəkisi 254 qram olan ağ, kristal şəkilli psixotrop maddə-metamfetamin olduğu məlum edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İrandan Azərbaycana daxili orqanlarında psixotrop maddə keçirməyə cəhd edən qadın saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ