Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncədə törədilən qətllə bağlı cinayət işi başlanılıb

Gəncədə törədilən qətllə bağlı cinayət işi başlanılıb

Tarix: 26 May 2020 11:39

Bakı. Trend:

Mayın 26-da saat 08 radələrində Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusifovun yaşadığı Gəncə şəhəri, Təbriz küçəsi, 48 saylı ünvanda üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlərlə meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Gəncə şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib şahidlər dindirlib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Etiketlər:  Gəncədə törədilən qətllə bağlı cinayət işi başlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ