Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çempionatı vaxtından əvvəl tamamlayan ölkədə kubokun finalı keçiriləcək

Çempionatı vaxtından əvvəl tamamlayan ölkədə kubokun finalı keçiriləcək

Tarix: 28 May 2020 15:38

Ölkə çempionatında bu mövsümü vaxtından əvvəl başa çatdıran Belçikada kubokun finalının keçirilməsinə qərar verilib.

Qol.az Belçika Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, çempion elan edilən "Brügge" ilə "Antverp" arasında olacaq həlledici görüş avqustun 1-i Brüsseldəki "Kral Baudouin" stadionunda keçiriləcək. Görüş azarkeşsiz oynanılacaq.

Qeyd edək ki, Belçika Liqası koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılıb və "Brügge" çempion elan edilib. Ölkə çempionatında yeni mövsümün avqustda başlanılması planlaşdırılır.

 


Etiketlər:  Çempionatı vaxtından əvvəl tamamlayan ölkədə kubokun finalı keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ