Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2020 19:48
ABŞ prezidenti Donald Trump Tvitter sosial şəbəkəsində onun yerinə tvitlərin kim tərəfindən paylaşılmasından danışıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə Ağ Ev rəhbəri "Full Measure" teleproqramının efirində bildirib.
Vaşinqton administrasiyasının rəhbəri, həmçinin paylaşımlarının hansı rejimdə edilməsindən də bəhs edib.
Ağ Ev başçısının sözlərinə görə, səhər və gecə vaxtı evdə qısa qeydləri və ya bəyanatı o özü yazır. İşin tam sürətlə getdiyi gündüz saatlarında fikirlərini köməkçilərinə diktə edir ki, onlar statusu mikrobloqa çıxarsınlar.
"Mənim Den adlı bir centlmenim var, o, çox gözəl işləyir", - ABŞ prezidenti bildirib.
Qeyd edilir ki, həmin şəxs Prezident Administrasiyasının Sosial şəbəkələr üzrə direktoru Dene Skavinodur.