Tarix: 29 May 2020 10:12
Koronavirus pandemiyasına görə dayandırılan İngiltərə Premyer Liqasının bərpa tarixi müəyyənləşib.
Qol.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Premyer Liqanın iyunun 17-də yenidən davam etdirləcəyi bildirilib.
Turnirin təxirə salınmış iki oyun - “Aston Villa” - “Şeffild Yunayted” və “Mançester Siti” - “Arsenal” matçları ilə bərpa olunacağı qeyd olunub. Bu oyunlar İngiltərə Liqa kubokunda görə 29-cu turdan təxirə salınmışdı.
30-cu turun oyunları isə iyunun 19-dan başlayaraq keçiriləcək. Qarşılaşmalara azarkeşsiz oynanılacaq.
Qeyd edək ki, İngiltərədə çempionatlar martın əvvəlindən etibarən dayandırılıb. Premyer Liqada turnir cədvəlinə ən yaxın izləyicisi “Mançester Siti”ni 25 xal qabaqlayan “Liverpul” başçılıq edir.