Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2019 17:06
Bakı. Trend:
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində daha bir mükafata layiq görülüb.
İyunun 4-də Bakıda İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda "Bakcell" “Korporativ Sosial Məsuliyyət” nominasiyası üzrə mükafatlandırılıb. Mükafat İqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən "Bakcell" şirkətinin rəhbərinə təqdim olunub.
Xatırladaq ki, bu ilin əvvəlində "Bakcell" şirkəti “Milli KSM Mükafatı 2018″ mükafatının qalibi olub. ASK, Azərbaycan Gənclər Fondu və Proaktiv şirkətinin təşkil etdiyi tədbirdə “Bakcell”in SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası ilə birgə həyata keçirdiyi “Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi” nominasiyasında ən uğurlu KSM layihəsi elan edilib.
"Bakcell" artıq 10 ildir ki, ölkənin ən genişmiqyaslı Korporativ Sosial Məsuliyyət (KSM) proqramlardan biri olan “Bakcell Stars” proqramını həyata keçirir. “Bakcell Stars”ın əsas istiqamətlərindən biri xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün imkanlar yaratmaq, onların cəmiyyətə inteqrasiyasının dəstəkləmək, təhsil və iş imkanları ilə təmin etməkdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin