Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yığmamız Skopyeyə 20 futbolçu ilə getdi

Yığmamız Skopyeyə 20 futbolçu ilə getdi

Tarix: 10 Iyun 2019 17:56

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının  bu gündən Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışı  başlayıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, hazırlıq prosesi çərçivəsində yığmamız iyunun 11-də, Bakı vaxtı ilə saat 19:00-da və iyunun 13-də, saat 13:00-da Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

İyunun 13-dək davam edəcək toplanışa aşağıda adları qeyd olunan futbolçular çağırılıb:

U-16-nın heyəti: Ayxan Qələndərli, Cavid Adnayev,  Firəddin Abdullayev, Elxan Zeynalabdinzadə (hamısı "Sabah"), Fariz Xeyrullayev, Ayxan Suleymanlı, Ağadadaş Salyanski (hamısı "Neftçi"), Emil Süleymanov, Fərid Qələndərov, İxtiyar Məmiyev, Sərxan Mirzəzadə, Namiq Şamilov (hamısı "Qəbələ"), Nəriman Axundzadə, Ərtoğrul Quliyev,  Amin Qarayev (hamısı "Qarabağ"), Nicat Quliyev, Xəyal Əliyev (hər ikisi "Səbail"), Mahmud Ağayev ("Zirə"), Ruhid Mustafayev, Rəhman Məmmədov (hər ikisi "Sumqayıt")

 


Etiketlər:  Yığmamız Skopyeyə futbolçu ilə getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ