Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2020 08:52
Xiaomi-nin Mi Band 5 fitnes qolbağı barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Bu isə o deməkdir ki, onun təqdimatı yaxın müddətdə baş tutmalıdır. Bu barədə XDA-Developers saytı xəbər verib. Belə ki, Mi Wear tətbiqində istifadəçilər Mi Band 5 fitnes qolbağının render fotolarını aşkar edibl'r. Aşkar edilmiş render fotolardan da görmək olar ki, Mi Band 5 xarici görünüşcə əvvəlki modelə bənzəyəcək.
Bircə ekranın mərkəzində olan göy rəngli dairə sual yaradır. Çox güman ki, o, Amazon Alexa səsli köməkçisinin inteqrasiyası üçün nəzərdə tutulur. Bundan əlavə olaraq Mi Band 5-in sahib olacağı bəzi yeni funksiyaları barəsində məlumat ortaya çıxıb. Belə ki, Mi Band 5 vasitəsilə smartfon kameralarını idarə etmək mümkün olacaq. Bu cür funksiya Mi Band 4-də reallaşdırılmamışdı.
Mi Band 5 istifadəçiləri fitnes qolbaq vasitəsilə idrəetməni reallaşdıraraq smartfon kameraları ilə qrup və selfie fotolar çəkə biləcəklər. Bununla yanaşı fitnes qolbaq vasitəsilə smartfonun ön və arxa kameraları arasındakı keçidi də reallaşdırmaq mümkün olacaq. Mi Band 5 qolbağı 11 növ idman rejimini dəstəkləyəcək. Keçən ilki Mi Band 4-də 6 növ idman rejimi dəstəklənir. Həmçinin Mi Band 5 qolbağı zamanın analoq rejimində əks olunmasını və səyahətçilər üçün digər ölkələrin saatlarını görtərmək özəlliyini dəstəkləyəcək.