Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda daha 7 nəfər koronavirusdan öldü

Ermənistanda daha 7 nəfər koronavirusdan öldü

Tarix: 30 May 2020 16:32

Bakı. Trend:

Son sutka ərzində Ermənistanda 251 nəfər koronavirusa yoluxub, 7 nəfər bu virusdan ölüb.

Trend-in məlumatına görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi xəbər verib.

Qeyd edilir ki, bununla da Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 8927, pandemiyadan ölənlərin sayı isə 127 nəfərə çatıb.

Hazırda Ermənistanda 5483 nəfər aktiv koronavirus xəstəsi var.


Etiketlər:  Ermənistanda daha 7 nəfər koronavirusdan öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ