Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmmun plazma müalicəsi necə aparılır?

İmmun plazma müalicəsi necə aparılır?

Tarix: 30 May 2020 21:45

"Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi məlumatlar ümidvericidir və nikbindir. Koronavirus  infeksiyasının xüsusilə ağır xəstələrdə müalicəsi üçün immun sisteminə təsir edən metod tətbiq olunur. Milli Hematologiya və Transfuziologiya Mərkəzində xüsusi İşçi Qrup tərəfinfən bu problem öyrənilir. Artıq biz konvalesent immun plazma, yəni virus infeksiyası keçirmiş və sağalmış insanlardan toplanan plazmalarla kritik ağır xəstələrin müalicəsinə başlamışıq".

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov deyib. Onun sözlərinə görə, bu müalicə üsulunda koronavirus keçirmiş və sağalmış insanların qanında xüsusi virus əleyhinə anticismlərin olması nəzərdə tutulur. 14-28 gün arasında bu cür donorlardan plazma toplanılır. Süni tənəffüs cihazına bağlı olan kritik ağır xəstələrdə venadaxili infuziya olunur.

V.Hüseynov bildirib ki, donorlar 18-60 yaş arasında sağlam və koronavirus keçirmiş insanlardır: "Bu insanlarda 14 gün ərzində heç bir klinik əlamət olmamalı, təkrar götürülmüş koronavirus testi neqativ olmalıdır. Bütün mərhələləri keçəndən sonra donorlar bütün beynəlxalq standartlara uyğun olaraq donorluq müayinələrindən keçirlər. Hazır olduqdan sonra xüsusi aferez cihazları vasitəsilə periferik qandan plazma toplanılır. Aferez proseduru təxminən 45 dəqiqə çəkir. Donorun həyatı üçün heç bir təhlükə daşımır. İnfeksiya riski ciddi şəkildə məhdudlaşdırılır, çünki aferez proseduru zamanı birdəfəlik steril setlər istifadə olunur. Prosedurdan sonra donorlar sağlam şəkildə normal həyatlarına qayıda bilərlər. Toplanmış plazmalar bölünərək 4-6 saat ərzində kritik ağır xəstələrə istifadə oluna və ya dondurularaq saxlanılaraq sonra uyğun kriteriyaları olan xəstələrdə istifadə oluna bilər".

Mərkəz rəhbəri koronavirusdan sağalanlara müraciət edərək onları donor olmağa çağırıb: "Onlar bu nəcib, xeyirxah hərəkətlə həyatları xilas edə bilərlər"...


Etiketlər:  İmmun plazma müalicəsi necə aparılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ