Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qusarda faciə: Hasar 3 azyaşlının üstünə aşdı, biri öldü

Qusarda faciə: Hasar 3 azyaşlının üstünə aşdı, biri öldü

Tarix: 31 May 2020 11:57

Bakı. Samir Əli - Trend:

Qusar rayonunda faciə baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Cibir kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Valəddin Şeydayevə məxsus həyətin mişar daşı ilə hörülmüş hasarı və dəmir qapı uçub. Hadisə nəticəsində hasarın yanında olan 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev, 2014-cü il təvəllüdlü Gülay Şeydayeva hasarın və darvazanın altında qalıb.

A.Əlisultanov hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsrətlərlə xəstəxanalara yerləşdiriliblər.


Etiketlər:  Qusarda faciə Hasar 3 azyaşlının üstünə aşdı biri öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ