Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2020 15:50
Anderlecht-in oyunçu-məşqçisi Vensan Kompani "Mançester Siti"yə qayıtmaq niyyətində deyil.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki,"şəhərlilər"in baş məşqçisi Pep Qvardiola Mikel Artetanın gedişindən sonra Kompaninin köməkçi-məşqçi olmasını istəsə də, belçikalı təklifi rədd edib.
Vensan 2022-ci ilədək nəzərdə tutulmuş müqavilə öhdəliklərini tam yerinə yetirmək istəyir. Bununla yanaşı, 34 yaşlı futbolçu Anderlecht-in səhmdarı olmağı planlaşdırır.
Qeyd edək ki, Kompani 11 il "Mançester Siti"də çıxış edib. O, "şəhərlilər"in heyətində Premyer Liqa (4 dəfə), İngiltərə Federasiya Kuboku (2), İngiltərə Liqa Kuboku (4) və Superkubokun (2) qalibi olub.