Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2019 03:16
Bakı. Trend:
Nigeriyanın Qombe ştatında Pasxa bayramı zamanı polis əməkdaşı avtomobili insanların üzərinə sürüb.
Trend-in "Agence France-Presse"ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 8 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.
Bildirilir ki, ölənlərin və yaralananların əksəriyyəti yeniyetmələrdir.
İlkin məlumata əsasən, polis əməkdaşı avtomobili bələrəkdən insanların üzərinə sürüb. Buna səbəb polis əməkdaşının Pasxa bayramını qeyd edən insanlarla mübahisəsi olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin