Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputatlar bu gün üç mühüm məsələ üçün toplaşır

Deputatlar bu gün üç mühüm məsələ üçün toplaşır

Tarix: 2 Iyun 2020 09:30

Bu gün Milli Məclisin növbədənkənar sessiyanın ikinci iclası keçiriləcək.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxildir.

Bunlar "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdən biri koronavirus pandemiyası dövründə maska taxmamağa görə cərimələrlə bağlıdır.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena vəkarantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.


Etiketlər:  Deputatlar gün üç mühüm məsələ üçün toplaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ