Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 18:06
"Orta məktəblərdə fərqlənmə attestatlarının və medalların verilməsində heç bir dəyişiklik yoxdur".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.
Onun sözlərinə görə, şagirdlərə fərqlənmə attestatlarının və medalların verilməsi üçün məktəbdaxili qiymətləndirilmə sona çatmalıdır. Fərqlənmə attestatlarının verilməsi üçün Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanlarının və Respublika Fənn Olimpiadasının final mərhələsi də bitməlidir.