Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində koronavirus davam edir

Çində koronavirus davam edir

Tarix: 2 Iyun 2020 21:36

Çində son sutka ərzində daha 5 nəfərdə koronavirus aşkarlanıb, 8 pasiyent sağalıb, ölən olmayıb.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, virus xaricdən gələn şəxslərdə tapılıb (biri Şanxayda, biri Quandun əyalətində, biri Şensi əyalətində, ikisi isə Sıçuan əyalətində).

Ölkənin tibb müəssisələrində 73 nəfərin müalicəsi davam etdirilir.

Çində ümumilikdə 83 022 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 315 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.


Etiketlər:  Çində koronavirus davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ