Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakının bu küçələrində təmir-yenidənqurma işləri aparılır (FOTO)

Bakının bu küçələrində təmir-yenidənqurma işləri aparılır (FOTO)

Tarix: 3 Iyun 2020 09:21

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri tərəfindən paytaxtın mərkəzi hissəsi ilə yanaşı şəhərin kənar ərazilərində, ikinci və üçüncü dərəcəli küçələrin də əsaslı təmir və yenidənqurulması aparılır.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, artıq Xətai rayonu Məhəmməd Hadi küçəsində bu işlər başa çatdırılıb. Hazırda yeni, müasir layihə əsasında Nizami rayonu Qara Qarayev prospektində təmir-yenidənqurma işləri həyata keçirilir. Küçə boyunca yerləşən yaşayış binaları və digər tikintilərin fasadları şəhərsalma və memarlıq tələblərinə uyğun qaydada əsaslı təmir olunur, binalara müasir görkəm verilir, küçələr yenidən qurulur, küçələrə və səkilərə asfalt salınır, avtomobillərin maneəsiz hərəkətinin təmin eilməsi üçün müasir yol infrasrastrukturu yaradılır.

Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin rəyinə əsasən binaların qarşısında və yanında vətəndaşların sərbəst keçidinə mane olan və təhlükə yaradan əlavə tikililər sökülür. Binaların birinci mərtəbəsində yerləşən mağaza, ictimai-iaşə obyektlərinin qarşısınin da müasir dizaynla yenidənqurulması aparılır. Yenidənqurma işlərində sahibkarlar da yaxından iştirak edərək, öz obyektlərinin daha yeni görünüş almasına çalışırlar.

Eyni zamanda küçə kənarında yeni yaşıllıqlar, qazon örtüyü salınır və yeni ağaclar əkilir. Yaçıllıqlara qulluq göstərilməsi üçün suvarma sistemi yaradılıb. Küçədə səki və keçidlərə dekorativ daş döşənir, küçə boyunca yeni müasir işıqlandırma sistemi qurulur, bir neçə yerdə yeni oturacaqlar, həmçinin idman qurğuları quraşdırılıb.

Əlavə olunub ki, bu küçədə aparılan abadlıq-quruculuq işlərinin sürəti daha da artırılıb.

Bakının bu küçələrində təmir-yenidənqurma işləri aparılır (FOTO) - Gallery Image Bakının bu küçələrində təmir-yenidənqurma işləri aparılır (FOTO) - Gallery Image Bakının bu küçələrində təmir-yenidənqurma işləri aparılır (FOTO) - Gallery Image Bakının bu küçələrində təmir-yenidənqurma işləri aparılır (FOTO) - Gallery Image Bakının bu küçələrində təmir-yenidənqurma işləri aparılır (FOTO) - Gallery Image Bakının bu küçələrində təmir-yenidənqurma işləri aparılır (FOTO) - Gallery Image Bakının bu küçələrində təmir-yenidənqurma işləri aparılır (FOTO) - Gallery Image Bakının bu küçələrində təmir-yenidənqurma işləri aparılır (FOTO) - Gallery Image Bakının bu küçələrində təmir-yenidənqurma işləri aparılır (FOTO) - Gallery Image


Etiketlər:  Bakının bu küçələrində təmir yenidənqurma işləri aparılır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ