Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda yeni açılan "Dəniz Mall"dan görüntülər (VİDEO) (FOTO)

Bakıda yeni açılan

Tarix: 3 Iyun 2020 09:56

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanın və Qafqazın böyük ticarət mərkəzlərindən biri olan "Dəniz Mall" bu həftədən fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, Sidney Opera Evinin memarlıq üslubunda inşa edilən "Mall" Azərbaycanda ən böyük ticarət mərkəzidir. Sahəsi 120,000 kvadratmetr olan obyektdə əyləncə məkanları, mağazalar, restoran və kinoteatr yerləşir. Özündə bir çox dünya brendlərini birləşdirən "Mall" 5 mərtəbədən ibarətdir.

"Dəniz Mall"un sakinlər üçün əsas əyləncə məkanına çevriləcəyi gözlənilir. Mərkəzin binası 2007-ci ildə məşhur dizayner Çapman Taylor tərəfindən tərtib edilib. Əvvəlcə konfrans mərkəzi, tədbirlər və şadlıq mərasimlərinin keçiriləcəyi məkan kimi nəzərdə tutulmuşdu, lakin sonradan buranın ənənəvi alış-veriş yeri olmasına qərar verildi.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq ticarət mərkəzinin rəhbərliyi ziyarətçilərdən karantin qaydalarına əməl etmələrini, tibbi maskalar taxmağı və sosial məsafəni qorumağı xahiş edir.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ticarət mərkəzlərinin ərazilərində yerləşən kinoteatrların, əyləncə mərkəzlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb, mağazalar və restoranlar isə açıqdır.

-->

FOTO-VİDEO: Zaur Mustafayev

Bakıda yeni açılan Bakıda yeni açılan Bakıda yeni açılan Bakıda yeni açılan Bakıda yeni açılan Bakıda yeni açılan Bakıda yeni açılan Bakıda yeni açılan Bakıda yeni açılan Bakıda yeni açılan Bakıda yeni açılan Bakıda yeni açılan Bakıda yeni açılan Bakıda yeni açılan Bakıda yeni açılan Bakıda yeni açılan Bakıda yeni açılan Bakıda yeni açılan Bakıda yeni açılan Bakıda yeni açılan Bakıda yeni açılan


Etiketlər:  Bakıda yeni açılan Dəniz Malldan görüntülər VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ