Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 06:12
Bakı. Trend:
Liviyanın Tripoli şəhərində yerləşən Milli Saziş Hökumətini (MSH) dəstəkləyən birləşmələrin döyüşçüləri Liviya paytaxtının beynəlxalq hava limanına tam nəzarəti özlərinə qaytardıqlarını açıqlayıblar.
Trend-in məlumatına görə, bu barədə "Al Jazeera" telekanlı bildirib.
Birləşmə nümayəndəsi bildirib: "Qüvvələrimiz Tripoli beynəlxalq hava limanını tamamilə azad edib".
Onun sözlərinə görə, buna hava limanını tutan Liviya Milli Ordusunun döyüşçülərinə hücum zamanı nail olunub.