Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 10:21
Bu gün Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçiriləcək.
Sonxeber.net xəbər verir ki, Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsinin (birinci oxunuş) və "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Yerin təki haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında" qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi nəzərdə tutulur.
Müzakirələrdə deputatlar və sahə mütəxəssisləri iştirak edəcəklər.