Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amazon istiqrazlarla bağlı rekordu yenilədi

Amazon istiqrazlarla bağlı rekordu yenilədi

Tarix: 4 Iyun 2020 22:20

Amerikanın elektron ticarət şirkəti Amazon özünə aşağı faizlə 10 milyard dollar vəsait cəlb edib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət üç illik istiqrazlarını 0,4% ilə yerləşdirib və bu, rekord səviyyədir: 2012 və 2013-cü illərdə Apple, IBM və Walt Disney kimi nəhəng şirkətlər maliyyəni 0,45% artımla cəlb edib.

2017-ci ildə şirkət üçillik istiqrazlarını 1,9% ilə yerləşdirib.

Bundan əlavə, Amazon 1,2% və 1,5% ilə yeddi və on illik istiqrazlar yerləşdirib. Beləliklə, pərakəndə satış şirkəti bu ilin əvvəlində eyni bazarda olan "Costco" şəbəkəsinin rekordunu yeniləməyi bacarıb.


Etiketlər:  Amazon istiqrazlarla bağlı rekordu yenilədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ